İdarə Heyəti sədrinin müşaviri

Ceyhun Bahəddin oğlu Qurbanlı

İdarə Heyəti sədrinin müşaviri

1969-cu ildə Bakı şəhərində anadan olub.

1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə bakalavr dərəcəsini, 2009-cu ildə ikinci ali təhsil kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasını bitirib.

İlk əmək fəaliyyətinə 1993-cü ildə “Aqrar Sənaye Bankı”nda başlamış, 1999-2001-ci illərdə “Azal Sığorta” şirkətində Aviasiya risklərinin şöbə müdiri, 2003-2007-ci illərdə “Khazar Consulting Agency” şirkətində hüquq məsləhətçisi, 2007-2010-cu illərdə “MBASK” sığorta şirkətində Sığorta ödənişləri departamentinin direktoru, 2010-2019-cu illərdə “AXA MBASK” sığorta şirkətində İdarə Heyətinin üzvü, 2020-ci ildə “Meqa Sığorta” şirkətində Korporativ idarəetmə və keyfiyyətə nəzarət şöbəsinin müdiri, 2020-2022-ci illərdə İcbari Sığorta Bürosunda Analitika şöbəsinin müdiri vəzifəsində çalışıb.

05 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyəti Sədrinin Müşaviri vəzifəsinə təyin edilib.