Həkim-koordinator (axşam növbəsi)

Namizədə tələblər:

  • Yaş: 23-35;
  • Təhsil: Ali, tibb təhsili mütləqdir (təhsil alan tələbələr və rezidenturada işləyən namizədlər də müraciət edə bilər);
  • İş təcrübəsi: 1 il;
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır).

Əsas vəzifə öhdəlikləri:

  • Könüllü tibbi sığorta üzrə sığortaolunan şəxslərin müraciətlərini qəbul etmək;
  • Sığortaolunanlar üçün tibbi yardımın təşkili;
  • Tibbi və sığorta sənədləşdirilmələrin aparılması;
  • Müraciətlərin məzmunundan asılı olaraq, tibbi xidmətlərin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasını təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək;
  • Hesabatlar tərtib etmək;
  • Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək.

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Fikirlərini dəqiq, lakonik və özünə əminliklə təqdim etmə bacarığı;
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

İş şərtləri:

  • Əmək müqaviləsi ilə rəsmiləşdirilmə;
  • 24 / 7 növbəli iş qrafiki;
  • Əmək haqqı razılaşma yolu ilə;

Apply

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır