Dövlət Sığorta Şirkəti
qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
Şəxsi kabinet

AZ

RU EN
X

Zəng sifariş et

Adınız:
Telefon:

Qiymətli əşyaların daşınması sığortası

Azərbaycan Respublikasının "Sığorta haqqında" Qanununa uyğun olaraq mülkiyyət formasından asılı olmayaraq nəqliyyat firması vasitəsi ilə və ya mühafisə altında su, avtomobil, hava və dəniz yolu ilə daşınan hüquqi və fiziki şəxslərə məxsus qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə və.s.) təminat məktubu, nəqd pul (manat və ya valyuta), külçə və digər formalarda olan əlvan metallar, qiymətli daşlar və zinət əşyalarının sığortasını aparır. Bu qaydalarla daşınan qiymətli əşyaların sığortası sahəsindəki münasibətlərin tənzimələnməsi, sığorta müqavilələrinin bağlanması, sığorta haqlarının hesablanması və ödənişlərin verilməsini müəyyən edir.

     Qiymətli əşyalar daşınan zaman - yanğın, partlayış, üçüncü şəxsin qəsd hərəkəti, ildırım vurmaslı, tufan, yol nəqliyyatı hadisəələri və terrorçuluq hərəkətindən sığortalanmış sayılır.

Aşağıdakı hallardan sığorta təminatı verilmir

A) Qadağan edilmiş və gizli ticarət (qaçaqmalçılıq) halları aşkar edildikdə
B) Sığorta etdirənin özünün və ya onunadamlarının qəsd hərəkətlərinin qəsd hərəkətləri, sui istidafə edilməsi halları aşkar olunduqda
C) Sığortalı əmlakın gözlə ayırd etmək mümkün olmayan çatışmamazlığı və qüsuru müəyyən edildikdə
Ç) Sığorta etdirən daşınan əmlakı lazimi qaydada qablaşdırılmadıqda
D) Gecikmə və müəyyən edilmiş daşınma müddətindən artıq gözləmələr baş verdikdə 
E) Daşınacaq qiymətli əşyanın miqdarı, dəyəri və alıcının ünvanı və s. bu kimi məlumatların söğortaçıya, nıqliyyat firmasına, poçt idarəsinə yarımçıq və ya səhv məlumat verməsi aşkar olduqda
Ə) Daşınma zamanı aidiyyatı orqanların irləi sürdüyü şərtlərə əməl edilmədikdə
F) Etibarsız sayılan saxta sənəd və təminat məkrubları aşkar edildikdə
G) Müharibələr, iğtişsş, qiyam, zəbtetmə, müsadirə, həbs, qadağa və ya əlindən alınma nəticəsində dəymiş zərərlər
Ğ) Minalar, mərmilər, bombalar və digər silahlarla toqquşma nəticəsində dəymiş zərərlər

Daha Ətraflı