Dövlət Sığorta Şirkəti
qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
Şəxsi kabinet

AZ

RU EN
X

Zəng sifariş et

Adınız:
Telefon:

Neft və qaz sığortası

Şirkətimiz neft/qaz quyularında tamamlanma və istehsalata hazırlıq işlərinin aparılması layihəsi üzrə sığorta proqramını da
təqdim edir. Həmin layihədə quyu ağzının yığılması, quyunun sınağı üçün müvafiq avadanlıq və modulların yığılması, sifarişçi
ilə razılaşdırılmış intervalların perforasiyası, nasos-kompressor borularının, quyuiçi alət və avadanlıqların təminatı, fontan
armaturunun yığılması, əlavə xətlərin çəkilməsi və quyunun ümumi xətlərə qoşulması, qazma məhlulunun su ilə əvəz
olunması və aerizasiya yolu ilə filtr zonasına depressiya verilməsinə təminat verilmişdir.
Bu sığorta növünün xüsusi strateji əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, həm onşor (quruda), həm də ofşor (dənizdə) neft
və qaz quyularında qazma işlərinin aparılması üzrə proqramın sığortası, o cümlədən, kompleks sığorta proqramına daxil olan
quyu qazması, istismarı, quyunun cari və əsaslı təmiri və s. üzrə sığortasıdır.
“Neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması” sığortası aşağıda göstərilmiş sığorta bölmələrini əhatə
edir:
- Quyu üzərində nəzarətin bərpa edilməsi sığortası
- Təkrarqazma işlərinin / Əlavə xərclərin sığortası
Müştərinin istəyindən asılı olaraq digər təminatlar da sığorta paketinə daxil edilə bilər:
- Quyuya Yeraltı Nəzarət
- Üçüncü Şəxslər Qarşısında Mülki Məsuliyyət Sığortası, o cümlədən ətraf mühitin çirklənməsinə qarşı və təmizləmə işlərinin
aparılmasına xərclənən vəsaitlər
- Evakuasiya xərcləri
- Maşın və mexanizmlərin sığortası
- İş fəaliyyətinin dayandırılması
Daha Ətraflı