Dövlət Sığorta Şirkəti
qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
Şəxsi kabinet

AZ

RU EN
X

Zəng sifariş et

Adınız:
Telefon:

Əmlakın yanğın və digər əlavə risklərdən sığortası

Əmlakının könüllü sığorta müqavilələri bu qaydada nəzərdə tutulmuş şərtlər əsasında Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlıdır. Sığorta müqaviləsi yalnız Azərbaycan Respublikası ərazisində qüvvədə sayılır. Sığorta etdirənə və onunla bir yerdə yaşayan ümumi təsərrüfatı birlikdə olan ailə üzvlərinə məxsus və həmin ailənin məişət və mədəni tələbatını ödəmək məqsədi ilə şəxsi təsərrüfatda istifadə üçün nəzərdə tutlan evləvazimatı əşyaları (ev əmlakı) sığortaya qəbul edilir. Ev əmlakının könüllü sığortası - sənədlərə, qiymətli kağızlara, pul nişanələrinə, əlyazmalara, foto - şəkillərə, dini ayin əşyalarına, kolleksiyalara, qədim və nadir əşyalara, rəsm əsərlərinə, qiymətli metallardan, qiymətli, yarımqiymətli əlvan (rəngli) daşlardan hazırlanmış məulatlara, kitablara və jurnallara, nəqliyyat vasitələrinin ehtiyat hissələrinə, tikinti matreallarına, arı ailələrinə, quşlara, xəz dərili vəhşi və digər heyvanlara, otaq bitkilərinə, gül - delorativ bəzək bitkilərinə, əkmələrə, giləmeyvə və başqa əkmələrə (onların sitillərinə və toxumlarına), kosmetika və ətriyyat məmulatlarına, bütün növ ərzaq,, yeyinti məhsullarına və yanacağa şamil edilmir. Əmlakının könüllü sığortası - yanğın, partlayış, ildırım vurma, sel, leysan yağış, güclü külək, burulğan, qeyri adi qar, zəlzələ, sürüşmə, uçqun, qonşu otaqdan su keçmə, istilik sisteminin, su kəmərinin və kanalizasiya şəbəkəsinin qəzası, oğurluq, oğurluğa cəhd göstərilməsi ilə əlaqədar olaraq ev əmlakının zədələnməsi yaxud məhv olması hallarından aparılır. Daha Ətraflı