Dövlət Sığorta Şirkəti
qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
Şəxsi kabinet

AZ

RU EN
X

Zəng sifariş et

Adınız:
Telefon:

Daha çox verilən suallar

Avtonəqliyyat VSMMİS müqaviləsi bağlanarlən hansı sənədlər tələb olunur? 

  • Şəxsiyyət vəsiqəsi və Avtonəqliyyat vasitəsinin texniki sənədləri.
Avtonəqliyyat vasitəsinin sahibi dəyişdikdə sığorta şəhadətnaməsi etibarlı hesab edilirmi?

  • Bəli. Etibarlı hesab olunur. Bu icbari sığorta haqqında Qanununa uyğun olaraq, sığortalıya aid bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə vəya istifadəçisinə şamil edilir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı dəyişdikdə nə etmək lazımdır?

  • Sığortalandığı şirkətə müraciət etmək və informasiya sistemində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının dəyişdirməsini tələb etmək lazımdır.
Yol nəqliyyat hadisəsi baş verdikdə nə etmək lazımdır?

  • Şirkətin qaynar xəttinə müraciət etməli və hadisələr üzrə komisarı hadisə yerinə dəvət etmək lazımdır
Bonus və yaxud malus necə hesablanır?

  • Bonus avtonəqliyyat vasitəsini idarəedən şəxs heç bir sığorta hadisəsi törətmədiyində və sığortalı günlərin sayına görə hesablanır.
  •     Malus avtonəqliyyat vasitəsinin sahibinin nəqliyyat vasitəsini idarə edərkən baş vermiş sığorta hadisələrinin sayından asılı olaraq hesablanır.
Daşınmaz əmlakın icbari sığortasına reyster sənədi olmadıqda nə etmək lazımdır?

  • Daşınmaz əmlaka aid Qanunda nəzərdə tutulan və yaxud icra orqanının verdiyi hər hansı bir sənəd əsas seçilə bilər.

Əgər 9707-ə SMS getmirsə avtonəqliyyat vasitəsinin sığortalanmasını necə öyrənmək olar?

  • http://services.isb.az ünvanına daxil olaraq, nəqliyyat vasitəsinin Dövlət qeydiyyat nişanını vəya şəhadətnamənin nömrəsini qeyd etməklə yoxlamaq olar.